Qax sakini dağdan yıxılaraq ölüb
- 19.01.2014, 00:09,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qax sakini dağdan yıxılaraq ölüb.
Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, bir neçə gündür itkin düşdüyü güman edilən Qax rayonu, Ağçay kənd sakini 53 yaşlı Babayev Bədrəddin Novruz oğlunun dağdan yıxılaraq dünyasını dəyişdiyi bildirilir.
Hələlik onun meyitini yıxıldığı ərazidən çıxarmaq mümkün olmayıb. Bu məqsədlə sabah əraziyə vertolyotlar göndəriləcək.
Onun dağa hansı məqsədlə getdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.