Azərbaycanda iri avtomobil magistralının yenidən qurulması 2016-cı ilədək başa çatacaq
- 19.01.2014, 16:29,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azəryolservis" ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil magistralının yenidən qurulmasını 2014-2015-ci illərdə tam başa çatdıracaq. Bunu Trend-ə ASC-dəki mənbə deyib.
Onun sözlərinə görə, hazırda Gəndobdan Rusiya sərhədinədək yolun qalan sahəsində tikinti işləri davam edir: "İşləri 2014-cü ildə tamamlamaq planlaşdırılır, lakin hər şey maliyyələşdirmə prosesindən asılıdır. Maliyyələşdirmədə cüzi yubanma olarsa, işlərin yekunlaşması 2015-ci ilə qala bilər".
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun ümumi uzunluğu 208 kilometrdir, lakin yenidənqurmadan sonra bir az qısaldılacaq.