Yol polisi: Sürücülərimiz polisi görə-görə qaydaları pozurlar
- 19.01.2014, 17:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ağacın arxasında gizlənən polislərdən danışıb.
ANS-in məlumatına görə ANS TV-nin “Bazar səhəri” verilişinin qonağı olan BDYPİ-nin şöbə rəisi aparıcının niyə polislər ağacların arxasında gizlənirlər sualına cavab verib:
“Hazırda belə hallar müşahidə edilmir. Bu əvvəllər var idi. İndi belə şeylər yoxdur. Bir də indi sürücülərimiz polisi görə-görə qaydaları pozurlar. Heç polisin gizlənməsinə ehtiyac qalmır."