Bakının Xətai rayonunda yanğın baş verib
- 21.01.2014, 02:36,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Xətai rayonunda yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin 1 otağı 16 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.