Bakının Qaradağ rayonunda avtomobil su kanalına aşıb
- 21.01.2014, 09:46,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qaradağın Lökbatan qəsəbəsində xanım sürücü idarə etdiyi avtomaşınla qəza törədib.
APA-nın xəbərinə görə, Lökbatan dairəsindən Lökbatan qəsəbəsinə gedən yolda hərəkət edən "90 MO 766" dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı avtomobil su kanalına aşıb.
Qaradağ Rayon Yol Polisi Şöbəsindən verilən məlumata görə, hadisəyə yağışlı hava ilə əlaqədar yolun sürüşkən olması səbəb olub. Xanım sürücü idarəetməni itirərək avtomobili ilə birlikdə yol kənarındakı su kanalına aşıb.
Hadisə nəticəsində xəsarət alana olmasa da avtomobil yararsız hala düşüb. Avtomaşın evakuatorun köməyi ilə su kanalından çıxarılıb.
Faktla bağlı Qaradağ Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.