Sergey Lavrov separatçı Dağlıq Qarabağ rejiminin Ermənistanın Rusiyadakı səfirliyində nümayəndəliyinin fəaliyyət göstərməsinə münasibət bildirib
- 21.01.2014, 16:22,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın xarici işlər naziri Sergey Lavrov separatçı Dağlıq Qarabağ rejiminin Ermənistanın Rusiyadakı səfirliyində nümayəndəliyinin fəaliyyət göstərməsinin qanuni olub-olmaması barədə sualı cavablandırıb.
APA-nın xəbərinə görə, S.Lavrov separatçı Dağlıq Qarabağ rejiminin Ermənistanın Rusiyadakı səfirliyində nümayəndəliyinin fəaliyyət göstərməsindən xəbərsiz olduğunu bildirib.
Bununla belə, XİN başçısı Vyana Konvensiyasına riayət etməyin vacib olduğunu vurğulayıb: “Mütəmadi olaraq belə fikirlər səslənir ki, Vyana Konvensiyasına zidd olaraq, səfirliklərin ərazisi az qala restoranlara da icarəyə verilir. Hesab edirəm ki, Vyana Konvensiyasına riayət olunmalıdır”.