Şəmkirdə atasının avtomobilini qaçıran yeniyetmə iki piyadanı vurub
- 21.01.2014, 16:24,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkirdə iki piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat qəzası baş verib.
Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən rayonun Qapanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Şahin Məqsəd oğlu Mahmudov atasına məxsus “VAZ 2106” markalı avtomobili qaçıraraq yol ilə hərəkət edən 10 yaşlı Ramin Məmmədov və 15 yaşlı Röyal Məmmədovu vurub. Xəsarət alanlar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Röyal Məmmədovun vəziyyəti ağır olduğuna görə o Bakıdakı tibb ocaqlarının birinə aparılıb.
Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.