Qaxda 4 gün əvvəl qayadan yıxılaraq ölən şəxsin meyiti ərazidən çıxarılıb
- 21.01.2014, 16:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qax rayonunun İlisu kəndində yanvarın 17-də qayadan yıxılaraq ölən şəxsin meyiti ərazidən çıxarılıb.
APA-nın verdiyi xəbərə görə, Babayev Bədrəddin Novruz oğlunun meyiti gecə saatlarında çıxarılaraq kəndə gətirilib.
Qeyd edək ki, rayonun Ağçay kənd sakini Babayev Bədrəddin Novruz oğlu yanvarın 17-də evdən çıxıb, bir daha geri qayıtmayıb.
Qax rayon Polis Şöbəsindən bildirilib ki, B. Babayevin yanvarın 17-də evdən çıxıb və geri dönməyib. Onun həmin gün ov məqsədilə getdiyi İlisu kəndində yanvarın 17-də qayadan yıxılaraq öldüyü məlum olub.
Meyitinin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri və helikopteri cəlb olunub.