Muzeyləri 10 gün ərzində 4 min nəfər ziyarət edib

Muzeyləri 10 gün ərzində 4 min nəfər ziyarət edib Azərbaycan Milli İncəsənət Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyində yanvarın 7-dən 17-dək 10 günlük “açıq qapı” kampaniyası keçirilib.


Milli Azərbaycan Tarixi Muzeyindən APA-ya verilən xəbərə görə, qış tətili müddətində bu kampaniyadan məktəblilər, tələbələr, bütün Bakı sakinləri və qonaqlar faydalanıblar.


“Açıq qapı” günlərində muzeyə gələn ziyarətçilərin sayı 4 min nəfəri ötüb.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri