Azərbaycanı Gürcüstanla birləşdirən magistral istifadəyə verildi
- 21.01.2014, 18:08,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov və digər dövlət rəsmiləri iştirak ediblər.
P.Mürsəliyevin sözlərinə görə, yolun ümumi uzunluğu 59 km-dir.
2011-ci ilin noyabr ayında yolun əsaslə şəkildə yenidən qurulmasına başlanılıb və 2013-cü ilin dekabr ayında işlər sona çatıb.
Avtomobil yolu 2 hərəkət zolağından ibarətdir.