Prezident İlham Əliyev Gəncədə bir sıra müəssisələrin açılışında iştirak edib

Prezident İlham Əliyev Gəncədə bir sıra müəssisələrin açılışında iştirak edib Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin, Heydər Əliyev Mərkəzinin və bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev əvvəlcə yenidən qurulmuş Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etdi.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi. Parkın girişində möhtəşəm "Zəfər Tağı"ı ucaldılıb. Hazırda parkda gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri