Qəbələdə avtomobil 3 piyadanı vurub

Azərbaycanda avtomobil yolu keçən üç piyadanı vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 21-də saat 19 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsinin ərazisində qəsəbə sakini İzzət Qocayev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmyerliləri Azad Osmanovu, azyaşlılar Aysel Abdullayevanı və Çingiz Abdullayevi vurub.

A.Osmanov, A.Abdullayeva və Ç.Abdullayev xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri