Bukmekerlərin «Eurovision 2013»-lə bağlı proqnozlarını açıqlayıblar.
Live.az-ın məlumatına görə, bukmeker kontorları «Eurovision 2013» müsabiqəsində Danimarka təmsilçisi Emmeli de Forestin ifa edəcəyi «Only Teardrops» mahnısının qalib gələcəyini proqnozlaşdırır.
İkincilik Ukrayna təmsilçisi Zlata Ogneviçin «Gravity» mahnısı ilə tutacağını gözləyirlər.
Bukmekerlər Norveç təmsilçisi Marqaret Berqerə («I Feed You My Love») üçüncülük proqnozlaşdırırlar.
Qonşu Rusiya təmsilçisi Dina Qaropovanın dördüncü yerə layiq görülüb.
Top-5 sıralamasının sonuncu yerini isə Fərid Məmmədov «Hold me» mahnısı ilə tutacağını məşhur William Hill kontoru proqnoz edib.
İlk onluğa düşmə ehtimalı böyük olan ölkələr sırasında İsveç, Belarus, Almaniya, İtaliya və Gürgüstan da var.
Xatırladaq ki, bukmeker kontorları «Eurovision» müsabiqəsinin başlamasından əvvəl ənənəvi olaraq qalibi proqnozlaşdırılar və çox vaxtı düzgün müəyyənləşdirə bilirlər.
«Eurovision-2013» müsabiqəsi mayın 14, 16 və 18-də İsveçin Malmö şəhərində keçiriləcək. Bu il müsabiqədə 39 ölkə iştirak edəcəklər.
1 Emmelie De Forest - Only Teardrops (Denmark)
2 Zlata Ognevich - Gravity (Ukraine)
3 Margaret Berger - I Feed You My Love (Norway)
4 Dina Garipova - What If (Russia)
5 Farid Mammadov - Hold Me (Azerbaijan)
6 Nodi Tatishvili & Sophie Gelovani - Waterfall (Georgia)