Türkiyənin hakim partiyasında kütləvi istefa

Türkiyənin hakim partiyası olan AKP-də (Ədalət və İnkişaf Partiyası) kütləvi itefalar baş verib. ANS-in “Haber Türk” saytına istinadən verdiyi məlumata görə, Diyarbəkir Çüngüş bələdiyə başçısı Mehmet Geçitlinin partiyadan getməsindən sonra 700 nəfər partiyadan ayrılıb. Ötən gün 400 nəfər partiyadan istefa verib. Bu gün isə daha 300 nəfər partiyanı tərk edib.

“Partiyadan gedənlərin sayı 700 nəfəri keçib. Kəndlərdəki yoldaşlarımızla birlikdə ümumilikdə partiyadan gedənlərin sayı 1500 nəfəri keçəcək”, - deyə Mehmet Geçitli bildirib.

Qeyd edək ki, Mehmet Geçitli atdığı addımı xəyanətə uğraması il əlaqələndirib: “Mənə bələdiyyə seçkilərində vahid namizəd olacağım barədə demişdilər. Lakin sonra başqa birisini namizəd seçdilər. Mənim sayəmdə AKP Çüngüşdə bərqərar oldu. Lakin mənə verilən sözü tutmadılar. Xalq mənim bələdiyyə başçısı olmağımı istəyir. Onlarla görüşüb bir qərar verəcəyəm. Ola bilər ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edim”.
Şərhlər
Dünya bölməsinin xəbərləri