2035-ci ilə qədər kasıb ölkələr qalmayacaq

"Dünyada 2035-ci ilə qədər kasıb ölkələr praktik olaraq qalmayacaq". ANS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Mikrosoft" şirkətinin qurucusu Bill Qeyts "Bill və Melinda Qeyts" xeyriyyə fondunun illik müraciətində bildirib. Onun sözlərinə görə, kasıb ölkələrə onların xoşbəxt qonşularıın təcrübəsi kömək edəcək:

"2035-ci ilə dünyanın praktik olaraq heç bir ölkəsi kasıb olmayacaq. Mən Beynəlxalq Bankın bu gün aşağı gəlirlə ölkələr kimi təsnif etdiyi 35 dövləti nəzərdə tuturam. 2035-ci ilə kimi həmçinin tibb, kənd təsərrüfatı və rəqəmli texnologiyalar sahəsində innovasiyalar olacaq. Həmçinin yoxsulluqla mübarizədə əhəmiyyətli investisiyalar yatırılacaq".

Bill Qeytsin həyatyoldaşı Melinda Qeyts də çıxış edərək dünyanın gələcək aqibəti ilə əlaqədar fikirlərini deyib. Geniş yayılmış fikirlərin əksinə xanım Melinda Qeyts iddia edir ki, dünyada yoxsul insanlara yönəldilmiş səylər planetdə əhalinin çoxluğu və ya resursların çatışmazlığı probleminə gətirib çıxarmayacaq.
Şərhlər
Dünya bölməsinin xəbərləri