Yaponiyanın "Ol Nippon Airway" aviaşirkəti bir qədər əvvəl şirkətin xidmətini reklam etmək məqsədilə çəkdirdiyi videoçarxa görə ölkədəki qərbli vətəndaşlarından üzr istəyib. Buna səbəb isə, videoçarxda irqçilik ünsürlərinin olmasıdır.
Reklam çarxında yapon pilotlardan biri digərinə şirkətin "beynəlxalq aviareyslərini necə artırmaq olar?" sualı verir. Digər pilot isə buna cavabında "gəl yapon xalqının imicini dəyişdirək deyir". Hər iki pilot bu barədə müzakirə apararkən onlar tədricən avropalı irqinə məxsus insanlara çevrilirlər. Birinin burnu isə şişirdilmiş şəkildə təsvir edilir.
Üzrxahlığa baxmayaraq, reklam çarxı hələ də, Yaponiya televiziyasında yayımlanmaqda davam edir.