Aygün Kazımova keçmiş sevgilisini ad gününə dəvət etməyəcək
- 22.01.2014, 17:52,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təmtəraqlı şəkildə doğum gününü etməyə hazırlaşan xalq artisti Aygün Kazımova ad gününə bir çox sənət yoldaşlarını çağırmayacaq.
ANS-in məlumatına görə, yanvar ayının 27-i özəl günü qeyri-adi karnaval şəklində qeyd etməyi planlayan sənətçi meyxanaçı Namiq Qaraçuxurlunu da dəvət etməyəcək.
Bu barədə gecənin təşkilatçısı prodüser Tolik məlum verib:
“Karnavalın təşkilatçısı mən olsam da, ideyası teleaparıcı Afaq Gəncəliyə məxsusdur. Çox möhtəşəm gecə olacaq, tanınmışlar tanınmaz hala düşəcək. Möhtəşəm gecədə başda İlhamə Quliyeva olmaqla, Faiq Ağayev, Ruhi, Sevda Yahyayeva, Niyam Salami, Günay İbrahimli, Zamiq Hüseynov,Ədalət Şükürov və başqaları iştirak edəcək. Qonaqların siyahısında meyxanaçı Namiq Qaraçuxurlu yoxdur, Namiq karnavala nə obrazda gələcək ki? Aygün xanıma dedim ki, Namiqi də dəvət edək. Gülüb soruşdu ki, Tarikoşa onu hansı obrazda görürsən? Buna görə də qərar verdik ki, Namiqi gecəyə çağırmayaq. Çünki orada insanlar fərqli obrazda olacaqlar”.
Xatırladaq ki, bu dəfə xalq artistimiz öz bayram şənliyini qeyri-adi formatda keçirəcək – o, karnaval təşkil etmək arzusundadır. Bu barədə Instagram sosial şəbəkəsində onun prodüseri Tolik məlumat yayıb.
Şənliyin təşkilatçısı kimi çıxış edəcək Tolik qeyd edib ki, karnavala gələnlər üçün “dress-code” kifayət qədər ciddi olacaq və əgər qonaq ziyafətə karnaval kostyumunda gəlməsə, onun ulduz statusundan asılı olmayaraq, o karnavala buraxılmayacaq.
Qeyd edək ki, 2014-cü ilin yanvar ayının 26-da Aygün Kazımovanın 43 yaşı tamam olur.