Ötən il Bakıda 1 235-ə yaxın küçə və prospektə ünvan verilib

Ötən il Bakı şəhəri üzrə 1 235-ə yaxın küçə və prospektə ünvan təyin edilib. Əmlak Məsələləri Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, 70-ə yaxın küçə və prospektin daxili ünvanları müəyyənləşdirilib.

Bakı şəhərinin 405-dən çox küçə və prospektinin başlanğıcı, sonu, eləcə də onların koordinatları Komitə ilə Bakı şəhər İcra Hakimiyyəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində müəyyənləşdirilib və təsdiq edilib.

Bundan başqa, Komitə əməkdaşları Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında bələdiyyə xəritələrinin hazırlanmasında iştirak ediblər. Həmçinin, ötən il Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılıb. Eyni zamanda, ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminin inteqrasiya edilməsi istiqamətində müvafiq işlərin icrası davam etdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən küçə və prospektlərə vurulacaq ünvan lövhələrinin dizaynı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri