Tanınmış prodüser: Ərim ilk xəyanəti qadınla etmişdi
- 22.01.2014, 18:20,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Onun adı daha çox qalmaqallarda hallanır.
LiVe.Az xəbər verir ki, şəxsi həyatı gündəmdən düşməyən, səmimi, gülərüz, açıqsözlü prodüser Təranə Səmədova Publika.Az-ın suallarını cavablandırıb.
Tanınmış sima barəsində gəzən bəzi şaiyələrə aydınlıq gətirib və lesbiyan olmadığını vurğulayıb. Günay İbrahimli ilə sevgi münasibəti barədə dolaşan söhbətlərə münasibətini açıqlayan Təranə Səmədova deyib:
“Qulağıma bu məsələ çatıb. Günay İbrahimli ilə mənim lezbiyan olmağım xəbərini eşidəndə çox güldüm. Günayın şəxsi həyatı qapalı idi, ancaq mənim şəxsi həyatım gündəmdə olub. Mən ailə həyatı qurmuşam, övladım var. Rəqsanə kimi dırnaq arası dostlarım şəxsi həyatım haqqında bağıra-bağıra danışıblar. Gülməli bir şeydir. İşbirliyimizin sona çatmasının məntiqli səbəbini tapa bilməyiblər. Yəqin ki, səbəb bunlar bir-birilərini sevib, qısqanıb ayrılıblar. Ayrılmağımızın tutarlı bir səbəbi yox idi”.
Sevdiyi insanın xəyanətini bağışlayıb-bağışlamayacağı barədə sualı isə prodüser belə cavablandırıb:
“Mən sevdiyim insana xəyanəti bağışlayaram. Keçmiş ailə həyatımda iki dəfə xəyanət olub. Birincini bağışladım, ikincini bağışlamadım. İlk xəyanəti qadınla etmişdi, ikinci xəyanəti isə... Bu haqda danışmaq istəmirəm”.