ATƏT-in Minsk qrupunun nümayəndələri ermənilər tərəfindən atəşə tutulub
- 23.01.2014, 16:15,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ATƏT-in Minsk qrupunun nümayəndələri düşmən tərəfindən atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra, bu istiqamətdə yerləşən bölmələrimiz və monitorinq iştirakçıları düşmən tərəfindən atəşə tutulub.