Həkim səhvinin qurbanı olan almanlar haqqında hesabat hazırlandı (VİDEO)

Almaniyanın tibbi sığorta şirkətlərindən biri ölkə səhiyyəsi ilə bağlı qalmaqallı hesabat dərc edib. Hesabata əsasən, hər il 20 minə yaxın alman, xəstəxanalarda həkimlərin səhlənkarlığı və ya tibbi xətalar ucbatından dünyasını dəyişir.

Həkim səhvinin qurbanları Almaniyada yol qəzasında ölənlərin sayını 5 dəfə üstələyir. Xəstəxanalarda yol verilən ölümcül xətalara, xəstələrə yanlış dərmanların verilməsi, tibbi personalın səhlənkarlığı nəticəsində əməliyyatlar zamanı elementar gigiyena qaydalarına əməl olunmaması, xəstələrə infeksiyaların keçməsi kimi hallar daxildir.

Hesabata baxmayaraq, Almaniyanın Həkimlər kollegiyasının sözçüsü həmin xətaların tibbi işçilərin işini pis görməsi ilə əlaqəli deyil, daha çox təşkilatı problemlər və mürəkkəb tibbi prosedurlar ucbatından baş verdiyini deyib.


Şərhlər
Dünya bölməsinin xəbərləri