48 dönərxana və 111 şadlıq sarayında yoxlama aparılıb

Ötən il ərzində 48 dönərxana və 111 şadlıq sarayında yoxlama aparılıb. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS-ə verilən məlumata görə, dönərxana və şadlıq sarayları ilə yanaşı 212 ictimai iaşə xidməti göstərən təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb. Bu müəssisələrin əksəriyyətində standartların tələblərinin pozulduğu aşkar edilib. Nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb.

Bundan başqa Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən ötən il mal, məhsul və xidmətlərə 8250 adda uyğunluq sertifikatı verilib. Sertifkatlar barədə məlumatlar Dövlət Reyestrinə daxil edilib.

Həmçinin 2013-cü il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən 12 sertifikatlaşdırma orqanının fəaliyyəti razılaşdırılıb, 71 laboratoriya qeydiyyata alınıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri