Sumqayıtda şagiridin ölüm səbəbini müəyyənləşdirilir
- 13.05.2013, 17:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün səhər saatlarında Sumqayıt şəhərində dərs zamanı dünyasını dəyişmiş şagirdin ölüm səbəbinin müəyyən olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şöbəsində tibbi ekspertiza aparılır. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, bu gün səhər saat 08:00-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasına 8-ci mikrorayondakı 17 saylı orta məktəbin şagirdi, 1996-cı il təvəllüdlü İlyasov Azad Tariyel oğluna yardım göstərilməsi üçün çağırış edilib.
Nazirlikdən həmin şəxsin qaçış zamanı dünyasını dəyişdiyi bildirilib. Ölümün səbəbləri isə tibbi ekspertizanın nəticələri bəlli oludqdan sonra bilinəcək.