Avtomoilini dərəyə aşıran sürücünün arvadı öldü

Bu gün saat 16:41 radələrində Hacıqabul-Bəhramtəpə yolunun 52-ci kilometrliyində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polis İdarəsinin 12-ci tağım komandiri Elməddin Savalanovun ANS-ə verdiyi məlumata görə, hadisə Saatlı rayonu Mustafabəyli kəndində baş verib.

Həmin ərazidə sürətlə hərəkət edən “Toyota-Corolla” markalı, 10 CA 989 dövlət nişanlı avtomobil dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü ağır yaralanıb. Avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı isə dünyasını dəyişib. Sürücü Saatlı rayon xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdı.

Hələlik ölən və yaralanan şəxsin kimliyi dəqiqləşdirilməyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri