2013-cü ildə boşanmaların sayı artıb

Ər və arvadın xasiyyətinin üst üstə düşməməsində boşanmalar çoxalıb. Bu gün Azərbaycanda əksər ailələrin boşanma səbəbi məhz budur. Elə təkcə ötən il bağlanan 86 min dən çox nikahdan 11 min 700 -ü xasiyyətlərin uyğun olmaması səbəbindən dağılıb. Bundan başqa sonsuzluq və maddi vəziyyətində də aşağı olması boşanmanın əsas səbəblərindən biridir. 2011-ci ildə bağlanan 88 mindən, çox nikahdan 1000 ailə sonsuzluq səbəbindən, 2012-ci ildə isə bağlanan 79 min nikahdan 11 mini, ailəninin maddi durumunun normal olmaması səbəbindən dağılıb.

Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsində də deyirlər ki, bu göstərilən səbəblər boşanma ilə nəticələnir. Amma əslində ailələrin dağılmasında əsas faktorlardan biri də xəyanətdir. Xüsusilədə qadınların xəyanəti. Bütün bu kimi hallların baş verməməsi üçün komitə marifləndirmə işlərinə başlayıb.

Baş məsləhətçi, Aynur Veysəlli: “Biz tez-tez rayonlara gedirik. Onlarla maarifləndirmə işləri aparılır. Bukletlər hazırlayırıq. İnsanlara təqdim edirik. Sonra uzunömürlü ailələrlə görüşürük”.

Son açıqlanan statistikaya görə boşanan tərəflərin əksəriyyəti qadınlardır. Əgər əvvəllər rayon və kənd yerlərində boşanmaların sayı az idisə və yalnız kişi istədiyi vaxt arvadını boşaya bilərdisə indi tamam əksinədir. Elə şəhərdə olduğu kimi bölgələrdə də qadınar boşanmaya daha çox maraq göstərir. Təbii ki, burada da əsas səbəb şəratini yaxşı olmaması və ailə daxili söz söhbətin olmasıdır. Ötən illərlə müqayisədə 2013 cü ildə kənd yerlərində də boşanların sayı artıb.

Sosioloq, Rəşad Əsgərov: “Boşananların əksəriyyəti 25-30 yaş arasında olanlardır. Həmçinin bu boşanma halları daha çox qadınlar arasında olur. Bununda əsas səbəbi qız və oğlan bir-birini tanıyanda onlar hər şeyi qəbul edirlər. Amma ailə qurduqdan sonra maddi tələbatın ödənilməməsi sonda boşanmaya səbəb olur”.

Nikahların ləğv edilməsində daha çox isə azyaşlı uşaqlar əziyyət çəkir. Valideynlər arasındakı problemlər və erkən boşanmalar uşaqların psixoloji və əqli inkişafına təsirsiz ötüşmür. Odur ki, hər bir gənc ailə qurmazdan əvvəl yaxşıca fikirləşməlidir ki, sonradan boşanan vaxt az yaşlı körpələr bunun qurbanı olmasın.


Şərhlər
Sosial bölməsinin xəbərləri