Bakıda dərs zamanı qorxulu anlar yaşandı [Video]

Paytaxtın Nərimanov rayonunda yerləşən 193 saylı məktəbin tavanı uçub. Hadisə bu gün səhər saat 9.00 radələrində baş verib. Nəticədə 3 nəfər xəsarət alıb. Onlardan ikisinin xəsarəti yüngül olub. Yaralı fəhlə xəstəxanaya yerləşdirilib.

Hadisə məktəbin idman zalının təmiri zamanı baş verib. Təmir işləri iki gün imiş ki, aparılırmış. Xoşbəxtlikdən həmin zaman şagirdlər xəsarət almayıb. Məktəbin direktoru Rəhim Hüseynov deyir ki, məktəb qəzalı vəziyyətdə olduğundan dövlət proqramına əsasən yenidənqurma işləri aparılır: “İşlərə idman zalından başlayıblar. İşə başlayar-başlamaz tavan uçub”.

Məktəbin sinif otaqlarında da vəziyyət heç də ürəkaçan deyil. Hamısının tavanı çat verib. Bəzilərinin isə daşları tökülüb. Bir neçə dəfə dərs prosesi zamanı da tavanın uçması hadisəsi baş verib. Xatırladaq ki, məktəb 1920-ci ildə tikilib.1936-cı ilə kimi yataqxana olub. Daha sonra məktəb kimi fəaliyyət göstərsə də, Böyük Vətən Müharibəsi illərində hospital kimi də fəaliyyət göstərib.


Şərhlər
Hadisə bölməsinin xəbərləri