"YARAT" dünyanın ən nəhəng “FutureShorts” qısametrajlı film festivalın qış mövsümünün açılışını elan edir
- 24.01.2014, 17:14,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"YARAT" Müasir İncəsənət Məkanı pop-ap janrında keçirilən dünyanın ən nəhəng "FutureShorts" qısametrajlı film festivalın qış mövsümünün açılışını elan edir.
Trend-in məlumatına görə, qış mövsümündə Fransa, Polşa, Serbiya, Finlandiya və Əfqanıstanda çəkilən 6 film nümayiş olunacaq. Əslində bu mövsüm qısametralı filmlər dünyasına beynəlxalq səyahəti xatırladacaq.
Festivalın mahiyyətini dərk etmək məqsədilə tədbirə təşrif buyuran tamaşaçı ilk öncə bizi Paris metrosunun dərinliyinə qərq edən, Eduardo Uilliamsın çəkdiyi "Mən daima düşürəm" ("Que Je Tombe Tout le Temps") filmini seyr edəcəklər. Bu filmin ardınca tamaşaçılar analarını axtaran iki polşalı bacıları təsvir edən, rejissor Yakub Stoşekin ərsəyə gətirdiyi "Əlçatmaz məkanda" filminə baxıb 2007-ci ildə Fransada çəkilən "Görünməz nöqtə" adlı cizgi filminin qəhramanlarının düşdüyü gözlənilməz hadisəyə şahid olacaqlar.
Serbiyalı rejissorlar Nedelkoviç və Maydak tamaşaçıları "Dovşanlar Ölkəsinə" (2012) qeyri-adi səyahətə aparacaq, finlandiyalı rejissor Toivoniemi tərəfindən 2012-ci ildə çəkilən "Görüş" adlı filmdə tam fərqli bir görüşdən bəhs edəcək.
Və, nəhayət, 2011-ci ildə Əfqanıstanda rejisor Sem Frençin çəkdiyi "Buzxaşi oynayan uşaqlar" filmində iki yaxın dostun böyüməsi haqqında hekayə nəql edilir.
Bakıdakı nümayişlər fevral ayının 7-dən 9-dək "Cinemalux" kinoteatrında keçiriləcək.
07 fevral - 19:30
08 fevral - 18:00
09 fevral - 18:00
Biletlər şəhərin kassalarında satılır.