Şəkidə 54 yaşlı kişi intihar edib
- 28.01.2014, 01:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəkidə 54 yaşlı kişi intihar edib.
Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, Bağbanlar küçəsi döngə 2, ev 21 ünvanında qeydə alınıb.
Şəki şəhər sakini, 1960-cı il təvəllüdlü, Manaflı Nemət Şirin oğlu özünü hələ ki istintaqa naməlum səbəbdən yaşadığı evin həyətyani sahəsində tikilmiş altıaçıqdan asaraq intihar edib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (üzünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.