Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 500 gün qalıb

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 500 gün qalıb Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Avropa Oyunlarının açılışı mərasiminə artıq 500 gün qalıb, - təşkilatçılar bu gün bildirdilər ki, hazırlıq işləri bütün Avropa xalqlarını birləşdirəcək əzəmətli idman festivalı keçirməyə hədəflənib.

Trend-in məlumatına görə, gələn il Bakıda keçiriləcək Avropa Oyunları Avropa Olimpiya Komitəsi tərəfindən Olimpiya dövlətləri və Avropalı idmançılar üçün böyük, ümümqitə, çoxnövlü idman tədbirinin keçirilməsini nəzərdə tutan, çoxdan gözlənilən cəhdinin həyata keçirilməsi olacaq.

Bu həftədən başlayaraq, Bakı 2015 təşkilatçıları 2015 Bakı Avropa Oyunlarında iştirak edəcək 49 Avropa Milli Olimpiya Komitələrinə idman növlərinin kvalifikasiyası haqqında məlumatı göndərməyə başlayacaqlar.

Təşkilatçılar həmçinin, bəyan ediblər ki, Bakı 2015 Oyunlarının yarış proqramında yeddi idman növündən az olmamaq şərtilə Oyunlardan 2016-cı il Rio-de-Janeyroda Olimpiya Oyunları üçün kvalifikasiya platforması qismində istifadə ediləcəkdir. Bura velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və voleybol (çimərlik) daxildir, habelə Bakı 2015-in başqa idman növləri Olimpiya kvalifikasiya siyahısına əlavə edilə bilər.

İlk Avropa Oyunlarının proqramında hazırda 18 idman növü var və 5 400-dən artıq idmançının iştirakı gözlənilir.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yüksək rütbəli üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Pətrik Hiki (Patrik Hickey) qeyd edib ki, Bakı şəhəri gələn il keçiriləcək Avropa Oyunları çərçivəsində yüksək səviyyəli idman yarışının təşkili üçün çox əlverişli vəziyyətə malikdir.

"Avropa Oyunlarına hazırlıq mərhələsinin yekun 500 gününə daxil olan Bakı şəhərinə uğurlar arzulayıram və əminəm ki, Bakı bütün Avropanın qürur duyacağı yüksək keyfiyyətli idman tədbirini təşkil edəcək. Biz bu mühüm hədəfə nail olmaq və əzəmətli idman tədbirinin hazırlıq işlərində, və Avropa idmançıları və dövlətləri üçün təcrübədə davamlı irəliləyişi əldə etmək məqsədilə Bakı 2015-ə cəlb edilən hər kəsi təbrik edirik."

Azərbaycanın gənclər və idman naziri, eyni zamanda Bakı 2015 Əməliyyat Komitəsinin Baş icraçı direktoru olan Azad Rəhimov bildirib ki, hər ötən gün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının daha diqqətlə təşkili məsuliyyətini və şərəfini artırır və vurğulayıb ki, Oyunlar üçün yeni infrastruktur və iş yolları uzunmüddətli mirası təmin etməklə ev sahibliyi edəcək şəhərin və ölkənin görünüşünü tamamilə dəyişəcək.

"Oyunlar üçün böyük həcmli tikinti layihələri bizim şəhərlərimiz, cəmiyyətimiz və gənclərimiz üçün onlardan onilliklər boyu faydalanmağa imkan verəcək - yeni hava limanı və nəqliyyat sektorunda metropoliten və avtobus sahəsində 13 mühüm təkmilləşdirmə layihəsi, habelə yeni beynəlxalq standartlarına uyğun idman arenaların açılması daha çox gənci idmanla məşqul olmağa həvəsləndirəcək və Avropada yeni idman məkanının meydana çıxmasını təmin edəcək", - nazir deyib.

Azad Rəhimov qeyd edib ki, müxtəlif sahələrdən olan yerli layihəçilərin, xidmət təchizatçıların və şirkətlərin Oyunlara hazırlıq işlərinə cəlb edilməsi biznez və texnologiya daxil olmaqla, mədəniyyət və kreativ sənayelərədək çoxlu sektorlarda yerli bilik və təcrübə inkşafıüçün dəyərli irs qoyacaq.

"Bu, gələcəkdə Bakını və Azərbaycanı Avropada idman, biznes, turizm və mədəniyyət istiqamətlərində yeni və dinamik məkana çevrilməsinə yardımçı olacaq", - nazir deyib.

Yerli Azərbaycan vətəndaşları və icmaların həyatda bir dəfə keçiriləcək tədbirdə iştiraklarının təmin edilməsi ətraflı planlaşdırılıb - ölkənin ev sahibliyi etdiyi bu əzəmətli tədbir üçün biletlərin satışı, könüllülük, mədəniyyət və Oyunlar üçün başqa aparıcı proqramların təşkili üzrə işlər getməkdədir.

Təşkilatçılar bildiriblər ki, Oyunlar üçün yerlərin inşası əsas hədəfdir, o cümlədən, İdmançılar Kəndi artıq elit idmançılar üçün ən yaxşı yerləşmə və hazırlıq yerlərindən biri kimi nəzərdən keçirilir və bəzi sahələr artıq bu il sınaq tədbirləri üçün hazır olacaqdır.

"Müsbət irəliləyiş əldə edilmişdir və inkişaf davam etməkdədir, bizim heyətlər arasında əsassız özünə güvənmə hallarına yol verilməyəcək", - Bakı 2015 Əməliyyat Komitəsinin Baş Əməliyyat rəhbəri Cim Şer bildirib.

"Növbəti 500 gün ərzində Avropa Olimpiya Komitəsi, Azərbaycan xalqı və Avropa idmançıları qarşısında öhdəliklərimizin yerinə yetirilməsi üçün hələ ediləcək çox iş var, lakin biz bugünədək əldə etdiyimiz irəliləyişdən məmnunuq."

Bakı 2015 ilk Avropa Oyunları haqqında

Bakı 2015 ilk Avropa Oyunları olaraq, burada 18 idman növü üzrə 49 Avropa Olimpiya hərəkatı üzvlərindən 5400-dən artıq idmançı iştirak edəcək. Oyunlara sahiblik, təşkilatçılıq və tənzimlənmə Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən həyata keçirilir. Bu oyunların yaradılması ilə bağlı qərar 9 dekabr 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş AOK Baş Assambleyasında qəbul edilmiş və Avropa Milli Olimpiya Komitələrinin (MOK) böyük əksəriyyəti Avropa Oyunlarının yaradılmasının lehinə səs vermişdi. Məhz Baş Assambleyanın bu iclasında MOK-un yenidən böyük səs çoxluğu ilə Azərbaycanın paytaxtı Bakı şəhəri ilk Avropa Oyunlarına ev sahibliyi edəcək yer olaraq seçilib.



Daha ətraflı məlumat üçün bax www.baku2015.com
Bakı 2015 Avropa Oyunları ilə bağlı daimi yenilənən məlumat üçün bax:
Facebook www.facebook.com/baku2015
YouTubewww.youtube.com/baku2015
Twitter www.twitter.com/BakuGames2015
Google+ https://www.google.com/+Baku2015
Şərhlər
İdman bölməsinin xəbərləri