Kanadada 40 avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib, 32 nəfər xəsarət alıb
- 28.01.2014, 09:39,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kanadanin Kvebek əyalətində, Sant-Adel şəhəri yaxınlığında bir dəfəyə 40 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, güclü qar şəraitində baş verən qəzada 32 nəfər xəsarət alıb. 7 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qəza ilə əlaqədar yol bir neçə saatlıq bağlanıb, paralel şoselərdə uzun məsafəli tıxaclar yaranıb.