Bakıda fəhlə yeddinci mərtəbədən yıxılaraq ölüb
- 28.01.2014, 13:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün 10.00 radələrində Yeni Yasamal qəsəbəsi, Kənar dairəvi-4 ünvanında qeydə alınıb.
Həmin ünvanda tikilməkdə olan yaşayış binasında fəhlə işləyən Asim Baloğlan oğlu Babayev yeddinci mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.