Mixail Saakaşvili ABŞ və Avropa Birliyini Ukrayna hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
- 28.01.2014, 13:30,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ və Avropa Birliyini Ukrayna hökumətinin təmsilçilərinə və onları dəstəkləyən oliqarxlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
APA-nın məlumatına görə, M.Saakaşvilinin çağırışı “The Wall Street Journal” nəşrində yer alıb.
Gürcüstanın eks-prezidenti hesab edir ki, həmin şəxslərə qarşı tətbiq olunacaq sanksiyalar vizaların verilməsi və xarici banklardakı hesabların dondurulmasını nəzərdə tutmalıdır.
“Ukrayna müxalifətinə isə, konkret olaraq Vitali Kliçkoya ABŞ-a və digər qərb dövlətlərinə səfər etmək üçün dəvət göndərilməlidir. Həmçinin Qərb Moskvaya Ukraynanın işlərinə qarışmamaq barədə xəbərdaq etməlidir”, - deyə M.Saakaşvili vurğulayıb.