Azərbaycanın ilk qrossmeysteri vəfat etdi

Azərbaycanın ilk milli qrossmeysteri Eldar Əliyev 52 yaşında dünyasını dəyişib.

Bu barədə milli qrossmeysterimizin oğlu Elvin Əliyev ANS-ə danışıb. O, bildirib ki, E. Əliyev uzun müddət xəstəlikdən əziyyət çəkib.

“O, uzun müddət xəstəlikdən əziyyət çəkib. Son altı ayda müalicə olunmaq məqsədi ilə bir çox ölkələrə gedib. Lakin bunların heç bir köməyi olmadı”, - deyə Elvin Əliyev bildirib.

E. Əliyev şahmatçı Vurqar Həşimovun ölüm xəbərinin atasının səhhətinə çox pis təsir etdiyini də söyləyib: “Vüqar Həşimovun ölüm xəbəri onun səhətini daha da pisləşdirdi. Biz bu xəbərin ona pis təsir edəcəyini bildiyimiz üçün ondan bu məlumatı gizlətmişdik. Qəfildən tibb bacısının atama bu xəbəri verməsi onun səhhətini daha da pisləşdirdi. Gecələr Vuqar onun yadına düşürdü, sayıqlayırdı, yata bilmirdi”.

Qeyd edək ki, Eldar Əliyev 40 il ərzində peşəkar şəkildə dama ilə məşğul olub. O, Azərbaycan, keçmiş SSRİ məkanı, eləcə də Avropa və dünyada keçirilən bir sıra beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.

Azərbaycan çempionatında 10 dəfəyə yaxın qalib olan Eldar Əliyev həmçinin ali məktəbdə riyaziyyat fənnini də tədris edib.
Şərhlər
İdman bölməsinin xəbərləri