Azərbaycan ərazisində hava gündən-günə kəskinləşəcək, şaxtalı olacaq, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika ərazisində hava şəraitinin kəskinləşəcəyi barədə xəbərdarlıq yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, ETSN-in Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 30-dan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gündən-günə kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir.

Havanın temperaturunun Bakı və Abşeron yarımadasında yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var.

Yollar buz bağlayacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri