Hacıqabulda yük qatarı relsdən çıxaraq aşıb

Bu gün saat 12.15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl vaqonu aşıb və yükü dağılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, ilkin məlumata görə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Hadisənin nəticələrinin aradan qaldırılmasına “Fövqəladə Hallar Qatarı” MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hadisənin baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri