Kartla işləyən avtobusların sayı artdı
- 29.01.2014, 19:29,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərində nəqliyyat kartı ilə işləyən avtobusların sayı artıb. Nəqliyyat Nazirliyindən ANS-ə verilən məlumata görə, artıq 40 marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarında nəqliyyat kartlarının tətbiqi reallaşdırılıb. Bu isə 743 avtobusda vahid ödəniş kartının tətbiqi deməkdir.
Nəqliyyat kartı işləyən avtobuslar bunlardır:
1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95, 96.
Avtobuslarda validatorların quraşdırılması prosesi davam etdirilir və yaxın vaxtlarda kart sisteminin tətbiq edildiyi avtobusların sayı daha da artırılacaq.
Qeyd edək ki, kart sistemindən ilk olaraq 10 və 95 saylı avtobuslarda istifadəyə başlanılıb. Kartlar paytaxtdakı köşklərdə,xüsusi loqotipli satış məntəqələrində satılır və qiyməti 3 manatdır. Bu məbləğin 2 manatını sığorta depoziti təşkil edir, 1 manatı isə balansa yüklənilir.