«Khazar Island» şəhərciyində satılan mənzillərin qiymət və satış şərtləri açıqlanıb
- 30.01.2014, 10:10,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda «Khazar Island» meqa-layihəsini həyata keçirən «Avesta» Konserni layihə çərçivəsində satılacaq mənzillərin rəsmi qiymətini açıqlayıb.
«Avesta» Konsernindən APA-ya verilən məlumata görə, Konsernin prezidenti İbrahim Nehrəmli bildirib ki, hər 1 kv. metri 4 000 manatdan satılacaq mənzillər müştərilərə 10 illik ipoteka krediti ilə də veriləcək. Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, alıcılar burada satılan mənzilləri ipoteka kreditindən əlavə, 2 illik faizsiz kreditlə də əldə edə bilər.
İ.Nehrəmli bildirib ki, ilkin ödənişdən asılı olaraq, ipoteka kreditinin faiz şərtləri də dəyişəcək: «Alıcı ilkin ödənişi çox etdiyi halda, illik ipoteka faizi də xeyli aşağı düşəcək».
İ.Nehrəmli ilkin ödəniş cədvəlini də açıqlayıb. Bu cədvələ əsasən, ilkin ödənişdən asılı olaraq, ipoteka dərəcəsi 10% ilkin ödəniş edənlər üçün illik 10%, ilkin ödəniş 20% olduqda - illik 8%, ilkin ödəniş 30% olduqda - illik 6%, ilkin ödəniş 50% olduqda isə ipoteka dərəcəsi illik 4% təşkil edəcək.
Həmçinin, mənzillərin dəyərinin 10%-i həmin mənzillərin təmirinə sərf ediləcək. Nəticədə, bütün mənzillər alıcılara tam təmirli təhvil veriləcək.