DİN Bərdə sakininin yol polisi qarşısında soyunması ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib
- 14.05.2013, 10:57,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Bərdə rayon sakininin yol polisinə etiraz olaraq lüt soyunması ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin əməkdaşı, polis polkovnik-leytetnantı Orxan Mansurzadə Trend-ə bildirib ki, bu hadisə əslində bir il əvvəl - 2012-ci ilin iyunun 1-də baş verib. O vaxt Bərdə Rayon Poliş Şöbəsinin Dölət Yol Polisi Bölməsinin əməkdaşları rayon sakini Ələdddin Alıyev adlı şəxsin yüksək dərəcədə sərxoş vəziyyətdə idarə etdiyi 09-BC-459 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobili saxlayıblar.
Qanunvericiliyə uyğun olaraq, onun barəsində inzibati protokol tərtib edilərək 150 manat məbləğində cərimə olunub.
Sürücü anlaqsız vəziyyətdə olduğundan Bərdə şəhərinin mərkəzi küçələrinin birində cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən və təhqirəmiz ifadələrlə müşayiət olunan xırda xuliqanlıq hərəkətinə yol verib. Onun bu əməlinin qarşısı polis tərəfindən alınıb və İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsinə uyğun olaraq barəsində bir daha cərimə tətbiq olunub.
Mansurzadə bildirib ki, lakin bu hadisəni baş verdiyi ərazidə müşahidə edən şəxslər onun video görüntülərini çəkərək sosial şəbəkələrdə yerləşdirmişdilər:
"Keçən il bu məsələ ilə əlaqədar DİN Respublika Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən məsələ araşdırılıb və artıq normal vəziyyətdə olan Alıyev özünə gələndən sonra anlaqsız vəziyyətdə törətdiyi hərəkətəinə görə peşmançılıq keçirdiyini, əməlindən xəcalət çəkdiyini bildirib və polisdən, ictimaiyyətdən üzr istəyib".
Onun sözlərinə görə, indi müəyyən şəxslər bir il bundan əvvəl olmuş hadisəni sanki dünən olmuş kimi sosial şəbəkələrdə və xəbər portallarında paylaşırlar:
"Bununla da müəyyən maraqlı qüvvələr polisin cəmiyyət arasında olan yüksək nüfuzuna və işgüzar imicinə xələl gətirmək, onu gözdən salmaq məqsədi ilə bu məsələni bir kampaniyaya çevirməyə çalışırlar. Bu, tamamilə yolverilməzdir. Adi bir vətəndaşın sərxoş halda törətdiyi hərəkətlərini qabartmaq, polisə qarşı neqativ hal kimi qələmə vermək, bunu polis-vətəndaş münasibətləri səviyyəsinin göstərici kimi təqdim etmək cəhdləri çox yanlış və yolverilməz bir məsələdir. Bu, çirkin niyyətin səbəbkarlarına və onun icraçılarına heç də başucalığı və şərəf gətirmir".
"Bütün hallarda polis ötən il həmin məsələ ilə bağlı qanuni tədbirlərin görüldüyü müəyyələnləşdirib. Artıq təsdiq olunub ki, polis əməkdaşları həmin şəxsin barəsində tam qanuni tədbirlər görüblər. Ona görə bu məsələni təzədən qabartmaq heç bir ölçüyə sığmır".