Xatirə İslamı ad gününü sənət yoldaşları ilə keçirib
- 30.01.2014, 16:55,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Xatirə İslam paytaxt restoranlarından birində ad gününü qeyd edib.
Live.az-ın məlumatına görə, müğənni bir çox sənət yoldaşlarını başına toplayıb 33 yaşını təmtərahlı şəkildə keçirib. Gecədə xalq artisti İlhamə Quliyeva oğlu və gəlini ilə birlikdə, Flora Kərimova, Nazpəri Dostəliyeva, Məleykə Əsədova, əməkdar artist Nüşabə Ələsgərli, müğənni Nadir Qafarzadə, Elçin Cəfərov, Günay İbrahimli, Rüfət Axundov, Natəvan Həbibi, Kərim, Səidə Sultan, Gülay Zeynallı, rəqqasə Fatimə, Rəqsanə və digərləri iştirak ediblər. Tədbirin aparıcısı Sərxan Kərəmoğlu olub.
Xalq artistləri Flora Kərimova və Nazpəri Dostəliyeva Xatirəyə arzularını bildirib, qonaqlar üçün mahnılar səsləndiriblər.
Ad gününə ailəsi ilə birlikdə qatılan xalq artisti İlhamə Quliyeva Xatirəni ifası ilə xüsusi olaraq, təbrik edib ürək sözlərinidə bildirib.
Doğum günü olduqca maraqlı məqamlarla yadda qalıb. Sənətçilər deyib, gülüb, şənləniblər. Gecənin qonaqları müğənni Nadir Qafarzadədən məşhur “Maral” mahnısını səsləndirməyini xahiş etsələr də sənətçi razılaşmayıb: “Mən istirahətə gəlmişəm, oxumağa yox” deyərək fikrin bildirib.
Doğum günündən olan fotoları sizə təqdim edirik: