Şəmkirdə "Volvo" markalı minik avtomobili yanıb

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şiştəpə kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Volvo" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsinin yanar konstruksiyaları yanıb.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri