“BMW” körpüdən dərəyə aşıb, 4 nəfər ölüb
- 31.01.2014, 10:20,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağstafa rayonunda baş verən yol qəzasında ölənlərin adı məlum olub.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşağı Qaraşanlı kəndində qeydə alınıb.
Fizuli rayon sakini, 1984-cü il təvəllüdlü Elnur Məhərrəm oğlu Əliyevin idarə etdi BMW markalı, 90 ER 606 dövlət nömrə nişanlı avtomobilin körpüdən aşması nəticəsində avtomobilin sürücüsü və sərnişinləri - Ağstafa rayon sakinləri, 1992-ci il təvəllüdlü Alı Zöhrab oğlu Mehralıyev, 1988-ci il təvəllüdlü Alqayıt Telman oğlu Abbasov və Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Nail Maqsud oğlu Əliyev hadisə yerində ölüblər.
BMW markalı avtomobil dəmir yolu xəttinin üzərindəki körpüdən aşıb.
Avtomobil körpüdən qatarlar üçün nəzərdə tutulmuş elektrik naqillərinin üstünə düşüb, daha sonra isə dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib.
______________
Qazaxda ötən gün gecə saatlarında 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonunun Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus “BMW” markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil ağır deformasiyaya uğrayıb, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olub, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik texnikası qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.