Bakıda Xocalı soyqırımı ilə bağlı yeni abidə kompleksi yaradılacaq
- 14.05.2013, 14:54,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Xocalı soyqırımı ilə bağlı yeni abidə kompleksi yaradılacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin çərşənbə axşamı keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, həmin kompleksdə həm Xocalı soyqırımını əks etdirən abidə, həmçinin muzey olacaq.
Spiker qeyd edib ki, kompleks hazır olduqdan sonra Xocalı soyqırımı abidəsinin ziyarəti rəsmi protokollara salınacaq.
Parlamentin plenar iclasında deputatlardan Elman Məmmədov, Fazil Mustafa, Qüdrət Həsənquliyev Bakıda Soyqırım muzeyinin də rəsmi protokollara salınmasını təklif ediblər.