Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan faktiki hava ilə bağlı məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verdiyi kimi yanvarın 30-dan başlayaraq və yanvarın 31-də ölkə ərazisində hava şəraiti daha da kəskinləşib, intensiv və güclü qar yağıb, şaxta qeydə alınıb.

Qar örtüyünün hündürlüyü Nabranda 52 sm, Sarıbaşda 26 sm, Lənkəranda 23 sm, Lerikdə 21 sm, Altıağacda 19 sm, Qubada 18 sm, Qubanın dağlıq ərazilərində 15-19 sm, Göygöl, Oğuzda 17 sm, Yardımlıda 16 sm, Şəki, İsmayıllıda 12 sm, Göytəpədə 11 sm, Kəlvəz, Xaçmaz, Qəbələdə 10 sm, Göyçay, Xınalıq, Cəfərxanda 8 sm, Şamaxı, Kişçay, Ağdərədə 6 sm, Sabirabad, Gədəbəydə 4 sm, Ordubad, Tərtər, Zərdab, İmişli, Salyanda 3 sm, Mingəçevir, Tovuz, Zaqatala, Gəncədə 2 sm, Bakıda 16 sm, Pirallahı, Maştağada 4 sm təşkil edib.

Şimal küləyi bəzi ərazilərdə güclənib, çovğun olub.

Havanın minimal temperaturu Abşeron yarımadasında 3-5, aran rayonlarında 2-5, dağlıq rayonlarda 5-8, Naxçıvan MR-da 0-5 dərəcə şaxta təşkil edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri