Azərbaycanda havaların kəskin soyuması ilə əlaqədar müvəqqəti sığınacaqlar təşkil olunub
- 31.01.2014, 12:22,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda havaların kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvəqqəti sığınacaqlar təşkil olunub.
APA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verdiyi xəbərə görə, sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunacaq. Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər.
Sığınacaqlar bir sıra ünvanlarda fəaliyyət göstərəcəklər. Bunlara Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti-11, Nəsimi rayonu, Nəsimi bazarının yanında, Süleyman Rüstəm küçəsi-69, Nizami rayonu, “Xalqlar Dostluğu” metro stansiyasının yanında, Q.Qarayev küçəsi-118, Xətai rayonu, “Bakı” kinoteatrının qarşısı, Sarayevo küçəsi-20, Yasamal rayonu, Xiyabani küçəsi-211 daxildir.
Məlumat əldə etmək üçün 142 etimad telefonuna müraciət etmək olar.