Türkiyəli prodüsser Kemal Cenk azərbaycanlı modellə ailə qurur
- 31.01.2014, 13:19,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabah türkiyəli prodüsser Kemal Cenk İçten və azərbaycanlı model-aktrisa Minara Allahverdiyevanın toyudur.
Live.az xəbər verir ki, cütlüyün toyu paytaxt Bakıda yerləşən istirahət məkanlarının birində gerçəkləşəcək. Şou-biznes nümayəndələri ilə yanaşı iş adamlarının da qatılacağı gözlənilən toyun qapıları media mənsublarında üzünə açıq olacaq. Uzun illərdir Azərbaycanda prodüsser kimi çalışan Cenk bəy jurnalistlərlə olan dostluğundan yana bu jesti edib. Prodüsser jurnalist dostlarının toyunda qonaq kimi iştiraklarından məmnun olacağını bildirib.
Xatırladaq ki, toy günü-fevralın 1-i həm də gəlinin doğum günüdür. Cütlük bilərəkdən toyu bu günə təyin edib ki, həyatlarında bu tarix həm də ömürlük ən xoş məqam kimi qeyd olunsun. Toydan sonra cütlük Türkiyəyə bal ayına yola düşəcək. Bal ayından sonra isə Azərbaycana qayıdıb iş fəaliyyətlərini burda davam etdirəcəklər. Nədən ki, yerli kanalların birində Cenk bəyin yeni layihəsi start götürəcək.
Toy ərəfəsində havaların belə qarlı-şaxtalı olmasına Cenk bəy zarafatla açıqlama gətirib: "Bir deyim var: kim qazan dibi yeyərsə toyunda yağış, qar yağar. Minarə xanım o qədər qazan dibi sıyırıb ki, bu, toyumuza təsir göstərir-gözlənilməz qar yağıb". Bu zarafatının ardından isə prodüsser "heç bir qar, çovğun toyumuza əngəl ola bilməz. Çünki bizim izdivacımız təmiz sevgi üzərində qurulub"-deyə, bildirib.
Cütlüyün fotolarını sizə təqdim edirik: