Meyxanaçı azərbaycanlı müğənniyə hədiyyə verdi

Meyxanaçı azərbaycanlı müğənniyə hədiyyə verdi Meyxanaçı Elnur Yasamallı azərbaycanlı müğənni Həmid Sultana “Ad günü” adlı mahnı hədiyyə edib.


Bu barədə açıqlama verən H.Sultan bildirib ki, bu onun üçün xoş sürpriz olub: “Bu günə qədər həyatımda bir çox sürprizlərim, hədiyyələrim olub. Lakin müğənni olduğum üçün mənə ən gözəl hədiyyə yalnız mahnı ola bilər. Çünki, musiqi mənim həyatımdır. Açığı Elnur Yasamallıdan bu cür dəyərli bir hədiyyə gözləmirdim. Bu mənim üçün bir stimul oldu. Artıq mahnıya ekran həyatı verməyi də düşünürəm. Çox güman ki, bu kipi öz rejissorlarımıza çəkdirəcəyəm. Amma çox fərqli bir süjet xətti ilə”.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri