Rəqsanə qızı Aysunun sözlərinə düzəliş verdi
- 31.01.2014, 13:39,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün mətbuatda müğənni Rəqsanə İsmayılovanını qızı Aysunun yol hərəkəti qaydalarını pozduğu halda anasının adından istifadə edərək DYP əməkdaşları tərəfindən sərbəst buraxıldığını qeyd etməsinə müğənni münasibət bildirib.
Live.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Aysunun açıqlamasının yanlış anlaşıldığını bildirən müğənni qanunların hamı üçün eyni olduğunu, qızının fikirlərini bu qədər ictimailəşdirilməsindən narahat olduğunu vurğulayıb:
“Aysunun avtomobili və sürücülük vəsiqəsi yoxdur. Ona görə də, hələki maşın sürmür. Getdiyi yerlərə bacım oğlu aparır. Həmin avtomobildə ciddi xətalar törətməyib, çünki sürücünün təcrübəsi olduğu üçün qızımı ona etibar edirəm. Yol polisi kiçik səhvlərə görə saxlayıb və bu zaman Aysun belə bir ifadə işlədib. Bu da hər dəfə baş vermir. Yol polisi bir sənətçi kimi məni də tanıyır. Mənim də efirə və ya tədbirə tələsdiyim vaxtlarda yol hərəkətini pozmuşam və pratokol tərtib olunub, cəriməmi ödəmişəm. O demək deyil ki, mənə və ya qızıma hər dəfə güzəşt olunmalıdır. Qanunlarımızı bilirik və buna tabeyik. Sadəcə, Aysun Azərbaycan xanımına göstərilən hörmətdən söz açıb. Güzəşti hər bir xanım üçün göstərilə bilər. Bu da mentalitetimizdən, zərif cinsin nümayəndəsi olmağımızdan irəli gəlir. Qanunu pozan şəxsi cəzalandırmaq isə səlahiyyətli şəxslərin səlahiyyətindədir. Xahiş edirəm, övladımın və mənim adımdan deyilən kiçik bir söz şişirdilib, ictimailəşdirilməsin”.
Qeyd edək ki, Aysunun açıqlamasından sonra Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqədar şöbəsinin rəisi Vaqif Əsədovundan xanımlara yol hərəkəti qanunlarını pozduğu halda cəriməsiz, xəbərdarlıqla buraxıldığını, lakin bundan istifadə edib və bu mövzunu gündəmə gətirənlərin bundan sonra bərk cəzalanacaqlarını bildirib.