"Eurovision" səhnə tərtibatında Azərbaycan nümunəsi
- 31.01.2014, 13:41,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Eurovision"da "Green Room" səhnə arxasında deyil, birbaşa konsert zalında yerləşəcək.
Danimarkanın İctimai kanalı "DR" may ayında "B&W Hallerne" adlanan məkanda baş tutacaq "Eurovision 2014"- ün keçiriləcəyi səhnədə "Green Room"un arenaya yaxın qurulacağını bildirib.
Trend Azərbaycanın İctimai Televiziyasına istinadən məlumat verir ki, ilk dəfə "Green Room"un səhnə arxasında deyil, məhz tamaşaçıların əyləşdiyi zalda qurulması Azərbaycanda keçirilmiş 57-ci "Eurovision" manhı müsabiqəsi zamanı "Bakı Kristal Zal"ın arenasında reallaşıb. Şounu hər bir detalınadək ekrana gətirmək üçün arenada xüsusi sistem vasitəsilə 25 HD kamera quraşdırılıb.
Bu il "Eurovision"a ev sahibliyi edəcək Kopenhagen də məhz "Bakı Kristal Zal"ın səhnə nümunəsindən istifadə edəcək. Bununla əlaqədar Eurovision TV-yə müsahibə verən Danimarkanın "DR" kanalının şou prodüseri Jan Lagermand Lundme fikirlərini belə izah edib: "Green Room" bir daha yenidən arena daxilində yerləşdiriləcək".
"Rifşelyon" arenasından milyonlarla Avropa tamaşaçısına yayımlanan şou zamanı "Green Room" oturacaqları insanlara "dənizdə bir ada kimi" görünəcək.
"DR" müsabiqənin yüksək səviyyədə keçməsi üçün alternativ variantlar axtarışındadır. "Green Room"un pərdə arxasında deyil, tamaşaçıların əyləşdiyi zalda olması şounu izləyicilər və ifaçılar üçün daha da yaddaqalan edəcək. "Eurovision" mahnı müsabiqəsində təmsilçilər və fanlar bir-birilərinə çox yaxın olacaqlar.