2014-cü ilin sonunadək Bakıda yeni avtomobil yolunun bir hissəsinin tikintisi başa çatacaq

2014-cü ilin sonunadək Bakıda yeni avtomobil yolunun bir hissəsinin tikintisi başa çatacaq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC 2014-cü ilin sonunadək Heydər Əliyev prospekti ilə paralel yerləşən və Bakıdakı yeni Olimpiya stadionuna aparan yolun bir hissəsinin tikintisinin başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ASC-nin rəhbəri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, eləcə də Heydər Əliyev prospektində tikilən yeni yeraltı tunelin köməyi ilə çıxışın mümkün olacağı yolun Olimpiya stadionundan "Şəfa" stadionuna qədər hissəsinin tikintisinin də tamamlanması planlaşdırılır.

Yeni yolun "Şəfa" stadionundan "Gənclik" metrostansiyasına qədər olan yerdə qalan hissəsinin tikintisinin daha sonrakı müddətdə tamamlanacağı planlaşdırılır ki, bu da köçürülməsi zaman tələb edən çoxlu sayda tikili və kommunikasiyaların olması ilə izah edilir.

Yeni yol Bakıda Heydər Əliyev prospektini boşaltmağa imkan verəcək, həmçinin paytaxtın mərkəzindən yeni stadiona tıxacsız gedişi mümkün edəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri