Azərbaycan Ukraynaya etiraz notası verib
- 14.05.2013, 14:59,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan "İnter" telekanalında təxribat xarakterli süjet ilə əlaqədar Ukraynanın Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı Səfirliyindən məlumat verilib.
Həmçinin, Azərbaycan tərəfi telekanala da etiazını bildirib.
Bu il mayın 11-də "İnter" telekanalının "Podrobnosti" verilişində təxribat xarakterli videoçarx göstərilib.Videoçarxda Dağlıq Qarabağ müharibəsinin səbəbləri və gedişatı barədə məlumatlar kobud şəkildə təhrif edilib, həmçinin Azərbaycanın ərazi bütövlüyünə qarşı xeyli hörmətsizlik göstərilib.
Diplomatik missiyadan bildirilib: "Bununla əlaqədar, Azərbaycan səfirliyi telekanal rəhbərliyi və Ukrayna Xarici İşlər Nazirliyindən izahat tələb edib. Səfirlik, həmçinin "İnter" telekanalının rəhbərliyinə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri ukraynalı tamaşaçıların diqqətinə çatdırmaq üçün efir vaxtı ayırmağı təklif edib".
Qeyd edək ki, Ukrayna hazırda ATƏT-ə sədrlik edir. ATƏT-in Minsk qrupu isə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar fəaliyyət göstərir.